Ronaldo ən yaxşı seçildi

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo A Seriyasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Sozcu.az xəbər vərir ki, portuqaliyalı hücumçu bu ay meydana çıxdığı 4 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə edib. Ronaldonun mövsümdə vurduğu qolların sayısı isə 17-dir.

Qeyd edək ki, A Seriyasının bombardirlər yarışında Çiro İmmobile (“Latsio) başçılıq edir. O, bu mövsüm 23 qol vurub.(Qol.az)

Facebook Comments