“Hələlik Neymarın transferi barədə düşünmürük” – Bartomeu

“Barselona”nın prezidenti Xosep Bartomeu Neymarın komandaya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sozcu.az xəbər verir ki, o, hələlik bu haqda düşünmədiklərini deyib:

“Ötən ildən bəri məndən soruşulur. Mən də artıq cavab verirəm. Növbəti mövsüm üçün planlarımızı müzakirə edəcəyimiz vaxtadək bu məsələni danışmırıq. Ona görə də Neymarın keçidini düşünmürük. İndi qış transfer pəncərəsi dövrüdür. Kimsə gəlir, kimsə gedir. Ancaq gələn mövsüm üçün planlarımızı müzakirə etməmişik. Əgər keçid üçün imkan yaranarsa, bunu edərik”.

Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya klubundan PSJ-yə keçib.(Qol.az)

Facebook Comments