Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria istefa verib.

Sozcu.az xəbər verir ki, bu barədə o, yerli mediaya açıqlamasında deyib.

İzoriya istefa ərizəsi ilə Gürcüstan baş nazirinə artıq müraciət edib.

Bundan sonra İzoriya Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər Gürcüstanın müdafiə naziri olub. O, ötən ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər, noyabrında isə Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Facebook Comments