“Bu komanda İtaliyada, İspaniyada, Almaniyada, demək olar, bütün çempionatlarda çempion ola bilər” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, çempionatdakı vəziyyət haqqında danışıb:

“Komandamın son iki mövsümdə etdikləri, futbolçuların zehniyyəti inanılmazdır. Keçən mövsümlə eyni heyətik. “Liverpul” Premyer Liqada çempion olacaq. Amma bu komanda İtaliyada, İspaniyada, Almaniyada, demək olar, bütün çempionatlarda çempion ola bilər. Hətta biz ən yaxşı formamızda olsaq da.

Bir neçə il əvvəl “Çelsi” çempionatın qalibi oldu, amma növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilmədi. Eyni hal “Lester”də də yaşandı.

“Liverpul” fantastikdir, etdikləri işlər fenomenaldır. Bunu qəbul etməli və onlara yaxınlaşmaq üçün cəhd etməliyik. Hələ də inkişaf etmək üçün çalışırıq. Hər oyun yeni nələrsə öyrənə bilərik”.

Premyer Liqada 24 turdan sonra 51 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və bir oyun az keçirən lider “Liverpul”dan 16 xal geridədir.(Qol.az)

Facebook Comments