Tehranı “Azərbaycan-Türkiyə” şüarları bürüdü – Video

Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traktor” komandaları arasında görüşdə Türkiyəyə dəstək mesajları səsləndirilib.

Sozcu.az xəbər verir ki, “Traktor” tərəfdarları görüş zamanı “Azərbaycan var olsun – Türkiyə, başın sağolsun” şüarı səsləndirərək, cümə günü Elazığ şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı veriblər.

Qeyd edək ki, gərgin keçən görüş rəqibin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Facebook Comments