Turistləri Qəbələyə aparan avtobus qəzaya düşüb, 2 nəfər ölüb, 15-ə yaxın yaralı var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nıın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb. Hadisə yeni baş verdiyi üçün ölən və xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sozcu.az

Facebook Comments