Deputatlığa namizədlərin sayı sürətlə azalır

Yanvarın 24-nə olan məlumata görə, Azərbaycanda növbədənkənar parlament seçkilərində qeydiyyata alınmış namizədlərin sayı 1409-a düşüb.

 

Sozcu.az xəbər verir ki, Bu barədə “Seçkilər” İnformasiya Mərkəzinin saytında dərc olunmuş rayonlar üzrə məlumatlar sübut edir.

MSK-dan bildiriblər ki, seçkiqabağı təşviqatın əvvəlindən 237 namizəd seçkilərdə iştirakdan imtina edib.

MSK 35 saylı Xətai üçüncü dairəsi dairə seçki komissiyasının sədri İmran Hüseynəliyevin səhhətinə görə istefa verməsi barədə məlumatı da təsdiqləyib. Onun yerinə heç kim təyin edilməyib. Bu dairədə Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğlu arasında kəskin rəqabət gedir.

Facebook Comments