Təbrizdə məktəblərin birində milli şüarlar səsləndirilib – VİDEO

Təbrizdə məktəblərin birində azərbaycanlı şagirdlər milli şüarlar səsləndirib.

İctimai tələblərlə bağlı şüarları əks etdirən video virtual məkanda geniş yayılıb. Şagirdlərin milli şüar səsləndirməsi sosial şəbəkələr istifadəçilərinin xüsusi diqqətini çəkib.

Azərbaycanlı məktəblilər “Traxtur” futbol komandasının görüşlərində olduğu kimi, gur səslə “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarlarını səsləndiriblər.

Oxşar şüarlar bir müddət əvvəl Meşginşəhr (Xiyav) şəhərinin məktəblərinin birində səsləndirilmişdir. 12-13 yaşlı uşaqların dilə gətirdiyi milli şüarların videosu sosial şəbəkələrdə geniş yayılmışdır.

Sozcu.az

Facebook Comments