İcra hakimiyyəti seçicilərə təzyiqlərə başladı – Foto

Bəzi rayonların icra başçıları artıq növbədənkənar parlament seçkilərinə müdaxilə etməyə başlayıblar. Hətta seçicilərə təzyiqlərə start verildiyi də bildirilir.

Sozcu.az xəbər verir ki, belə bir iddia ilə “Olaylar” İnformasiya Agentliyi çıxış edib.

Bildirilir ki, müvafiq qurumların rəhbərləri seçiciləri 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İmamverdi İsmayılova səs verməyə məcbur etmək istəyirlər. Əks təqdirdə onların özlərini və qohum-əqrəbalarını işdən kənarlaşdıracaqları ilə hədələyirlər.


İ. İsmayılov

Bəzi yerlərdə digər namizədlərin təbliğat-təşviqat materiallarının cırıldığı da bildirilir. Bu qanunsuzluq rayon rəhbərliyinin göstərişi ilə edilir və etiraz səsini ucaldanlara hədə-qorxu gəlirlər.

Onu da qeyd edək ki, seçkiyə müdaxilə böyük qanunsuzluqdur və prezident İlham Əliyevin islahatlar kursuna ziddir. Bu səbəbdən də məsələni diqqətdə saxlayacağıq.

P.S. Redaksiya əks tərəfin də məsələyə münasibətinə yer ayırmağa hazırıq.

Facebook Comments