“Şabran-Siyəzən dairəsindən YAP Prezidentin tövsiyəsini qulaqardı edib” -NAMİZƏD

54 saylı Şabran-Siyəzən dairəsindən deputatlığa namizəd Şaban Nəsirov hakim Yeni Azərbaycan Partiyasının sözügedən dairədən uğurlu namizəd irəli sürmədiyini bildirib.

O iddiasını YAP-ın bu rayondan deyil, başqa bir yerdən olan şəxsi irəli sürməsi ilə əlaqələndirib:

” YAP-ın rəsmən namizəd irəli sürməsinə baxmayaraq, (namizədlərin siyahısını aşağıda rəy bölümündə yerləşdirəcəm) bir çox “yapçılar” bitərəf kimi namizədliklərini verib. Bununla bir daha mənim fikrimi təsdiq etmiş olublar. Hələ onu demirəm ki, YAP cənab Prezidentin tövsiyəsini qulaqardı edib. Cənab Prezident təxmini belə tövsiyə vermişdi ki, (təbii ilk növbədə bu tövsiyəyə YAP əməl etməliydi) seçki prosessinə çox da qarışmaq isdəmirəm, amma istərdim ki,namizədlər problemləri bilən yerli vətəndaşlar olsunlar. Niyə YAP belə edir, son dövürlər cənab Prezidentin və vitse – prezident Mehriban xanımın ciddi səyləri nəticəsində aparılan ictimai-siyasi islahatların qarşısına kötük itələyir. YAP hökümət -vətəndaş arasında yaranmış uçrumun aradan qalxmasında niyə maraqlı deyil. Hansı qüvvələr bunda daha çox maraqlıdır. Bütün bunlar barədə öz fikirlərimi və müşahidələrimi paylaşacam. Biz bu dövlətin qüdrətli olmasını istəyirik. İstəyirik ki, uzun illər hökümətin yarıtmaz məmurlarının yaratdığı hökümət-vətəndaş uçurumu aradan qalxsın , bir-birlərinə inamları yaransın. Bu olmasa biz heç zaman bir dövlət olaraq problemlərimizi həll edə bilmiyəcəyik. Bu üzdən son dövürlər aparılan siyasi islahatlara tam dəstək veririk və buna mane olanları kimliklərindən asılı olmayaraq ifşa edəcəyik”.

Facebook Comments