“Kişilər kişilərlə, qızlar qızlarla münasibətdə olur, batsın belə dünya…”

“Bu gün dünyada gedən müharibələr, ölən adamların sayı artıq hər şeyi insanların gözündə adiləşdirib”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev 10 yaşlı Nərminin dəhşətli qətli haqda danışarkən deyib. Onun sözlərinə görə bütün bunlar axirətin əlamətləridir:

“Bütün bunlar hamısı axirətin əlamətləridir. İnsanlar onsuz da vəhşidir, sadəcə süuru olduğu üçün bunu etmirlər. Şir ovçunun əlində tüfəngi görəndə ağlayır və hiss edir ki, onu öldürəcək. Ən vəhşi heyvan belə edir. Nərminin qatilinin fotosunu gördüm və məncə normal adam bu cür qəddarlıq etməz. Bu gün dünyada gedən müharibələr, ölən adamların sayı artıq hər şeyi insanların gözündə adiləşdirib. Biz ikinci dünya müharibəsindən sonra doğulan uşaqlarıq və kiminsə ölüm xəbərini eşidəndə dəhşətə gəlirdik, gedib yas mərasiminə kömək edirdik. Mən Sovetskidə böyümüşəm və dava-dalaş olanda da adamları sakitləşdirirdik. İndi qarşında qoca kişi yıxılır, amma bir adam ona kömək etmir. Texnologiyanın inkişafı artıq insanlar üçün hər şeyin mənasını itirib.

Ölüm hökmünün bərpa edilməsinin də heç bir xeyri olmayacaq, əksinə hadisələr daha da çox olacaq. Bu gün kişilər-kişilərlə, qızlar-qızlarla münasibətdə olur, belə dünya olar? Batsın belə dünya. Qarabağımız yoxdur, amma “Qarabağ şikəstəsi” oxuyurlar, əvvəl torpaqları işğaldan azad etmək lazımdı, sonra isə oxumaq olar”.

Facebook Comments