“Twitter” Xamneyinin hesabını qapatdı

“Twitter” sosial şəbəkəsi İranın ali lideri Əli Xamneyinin ingilisdilli hesabını bağlayıb.

Sozcu.az-ın xəbərinə görə, Ə.Xamneyinin hesabını açarkən ingilis dilində “Diqqət: bu hesabın aparılması müvəqqəti dayandırılıb” yazısı çıxır.

Bununla belə, ali liderin fars, fransız və ərəb dillərində olan hesabları fəaliyyətini davam etdirir.

Facebook Comments