Ana 7 aylıq körpəni eyvanda unutdu – Donaraq öldü

Rusiyanın Xabarovsk vilayətində yeddi aylıq körpə donaraq ölüb.
Sozcu.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Nikolaevsk-Amur şəhərində qeydə alınıb. Bildirilib ki, uşağın bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin məlumatlara görə, valideynlər körpəni eyvanda unudublar.

Ölən körpənin yeddi aylıq olduğu bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.(Yeni Sabah)

Facebook Comments