“Fahişəlik leqallaşdırılsın” – Günaydan şok təklif – FOTO

Günlərdir üzülərək kiçik Nərminin hekayəsini izləyirəm. Ona bu əziyyəti verən, insan olmayan məxluqun ən ağır şəkildə cəzalandırılmasını istəyirəm.

Sozcu.az xəbər verir ki, bu sözləri model Günay Musayeva “Instagram” hesabının “Hekayə” bölümündə ötən ilin noyabr ayında itkin düşən və iki gün öncə yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva haqqında yazıb.

Türkiyədə yaşayıb, orada fəaliyyət göstərən cazibədar model fikirlərini bu cür davam etdirib:

“Bir çox Avropa ölkəsində fahişəlik leqaldır və dövlət nəzarətindədir. Görəsən, inkişaf etməkdə olan ölkələrdə fahişəlik leqallaşdırılsa, zorlanmalar və təcavüzlər azalar?” (Oxu.az)

Facebook Comments