Bu qələbədən sonra “Urmiya 90” iddiaçı komandalar sırasında yer aldı

İran çempionatının I dəstəsinin yarışlarında super liqa yarışlarına vəsiqə qazanmaq üçün yarışan “Urmiya 90” futbol komandası artıq iddiaçı komandalar sırasında yer alıb.

Yanvarın 7-də Urmiyanın Təxti stadionunda “Urmiya 90” Təbrizin “Elm və ədəb” komandasını qəbul edib. Azərbaycan derbisi 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

“Urmiya 90” komandasına qələbə qazandıran qol 65-ci dəqiqədə Ümid Rzayi tərəfindən vurulub.

Beləliklə “Urmiya 90” xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və ölkə super liqasına vəsiqə qazanmaq uğrunda yarışan ən iddialı komandalar sırasına daxil olub.

Sozcu.az

Facebook Comments