NASA-nın 10 milyardlıq nəhəng teleskopu hazırdır

“Ceyms Vebb” orbital teleskopunun yaradılması ilə bağlı işlər demək olar ki, tamamlanıb. Amma orbitə çıxacağı 15 ay ərzində bir dəfə yerüstü sınaqdan keçiriləcək.

Sozcu.az xəbər verir ki, bu barədə NASA rəsmisi Erik Smit deyib.

“Biz az öncə orbital rəsədxananın inşasını praktiki olaraq başa çatdırdıq. Beləliklə, bizim “Ceyms Vebb” teleskopumuz var və ümidvarıq ki, o, planlaşdırıldığı kimi işləyəcək”, – Smit bildirib.

2020-ci ildə teleskopun avadanlığı “Ariane 5” raket daşıyıcısı ilə işə salındıqda vibrasiya və səs-küyə qarşı dözümlülüyü sınaqdan keçiriləcək. Sınaqlar zamanı qeyri-adi rejimdə işləyən elektron avadanlıqların bir hissəsi dəyişdiriləcək, daha sonra bütün sistemlərin yoxlanılması aparılacaq.

Teleskop ümumilikdə 10 milyard dollara başa gəlib.

Qeyd edək ki, teleskop insanı Aya göndərən “Apollon” proqramının rəhbəri Ceyms Vebbin şərəfinə adlandırılıb. Teleskop 2021-ci ildə “Habl” kosmik rəsədxanasını əvəz edəcək. Onun Yerdən təxminən 1,6 milyon km uzaqlıqda yerləşən “Laqranj” nöqtəsinə göndəriləcəyi bildirilir.

Yeni teleskop “Böyük partlayış”dan sonra yaranan qədim ulduz və kainatları öyrənmək və eləcə də həyati əhəmiyyətli yeni planetləri tapmaq məqsədilə yaradılıb.

Facebook Comments