Deputat üçün imzanı idarə rəisi topladı

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin üzvü Azər Kərimlinin imzatoplama kampaniyasında məmurlar da iştirak edib.

Sozcu.az-ın xəbərinə görə, Qax rayonu Ləkit kəndində, Ləkit kənd bələdiyyəsinin sədri Abdulla Kazımovun evində keçirilən imzatoplama prosesi zamanı imzaları Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov qeydə alıb və onun yanında İlisu Dövlət Təbiət Qoruğunun direktoru Qabil Əfəndiyev iştirak edib.

İmzatoplamanın bu cür aparılması qanunpozuntusu hesab edilib.(Qax.org.az)

Facebook Comments