Tramp qadın aparıcıya əxlaqsız təklif edib

ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” telekanalının keçmiş aparıcısı Kortni Frilə əxlaqsız təklif edib.

Sozcu.az “İndependent”ə istinadən xəbər verir ki, bu barədə teleaparıcı öz xatirələrində yazıb.

Frilin sözlərinə görə, xoşagəlməz hadisə Tramp dövlət başçısı olmadan öncə baş verib. Belə ki, Frillə telefonla danışarkən o zaman iş adamı olan Tramp onu ölkənin ən “atəşli jurnalisti” adlandırıb və öpüşmək üçün öz ofisinə dəvət edib. Jurnalist qadın isə “Donald, deyəsən biz ikimiz də ailəli insanlarıq” cavabını verib.

Facebook Comments