“Müğənnilərdən açıq geyinirlər” – Lətifədən xanımlara

Müğənni Lətifə Soyuöz ünvanına sosial şəbəkədə yazılan tənqidlərə cavab verib.

Sozcu.az xəbər verir ki, sənətçi “Şən bazar” verilişində adi xanımların sənət adamlarından açıq-saçıq geyindiklərini qınayıb:

“Bir dəfə restoranda oturmuşdum, içəriyə gözəl qadınlar girdi. Baxdım, elə açıq geyiniblər ki… Bizim səhnədə heç elə açıq geyinən yoxdur. Onlar həkim və ya başqa peşənin sahibləri idi, müğənni deyildilər.

Kimə nə yaraşır, necə rahatdı və xoşbəxtdir elə də geyinsin. İnstaqramda mənə gözəl sözlər yazanlar da var. Deyirəm, siz məndən min dəfə gözəlsiniz, ona görə də yaxşı sözlər yazırsınız. Düşünürəm ki, özünə əmin olan qadın başqasına irad yazmaz”.(Axşam.az)

Facebook Comments