Etirazlar zamanı öldürülən güney azərbaycanlı gəncin anası sükutunu pozdu: Oğlumu ürəyindən güllələyiblər – VİDEO

İran və Güney Azərbaycanda bahalığa qarşı noyabr ayında keçirilən etiraz aksiyaları zamanı çox sayda güney azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

Öldürülən onlarla soydaşımızın arasında əslən Şahsevən elindən olan İbrahim Kitabdar da olub.

Onun anası bir neçə həftə sükut etməyə məcbur olsa da nəhayət ki, fəyadını bir video vasitəsi ilə çatdırıb.

Ana mərhum oğlunun Sevda və Sogənd adlı iki azyaşlı uşaq atası olduğunu bildirərək onun ürəyindən güllələndiyini deyib.

Azərbaycan, Təbriz və Savəyə salam göndərən ana əlində oğlunun şəkilini tutaraq ölkə ictimaiyyətinə müraciət ünvanlayıb: Mən bu dərdə necə dözüm!

Ötən günlərdə isə 3 uşaq atası olan 41 yaşlı Kamal Fərəcinin anası ürəkparçalayan sözlərlə fəryad etmişdir. Azərbaycanlı ana video-müraciətində bildirmişdir ki, heç bir gəlir mənbəyi olmayan Fərəci ailəsi artıq ev kirasını belə ödəyə bilmir.

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri İranın güc strukturları tərəfindən qətlə yetirilib, lakin onlardan bu günədək yalnız 18-nin kimliyini müəyyənləşdirmək mümkün olub:

1- Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)

2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)

3- Əli Hüseyni (Təbrizdə öldürülüb)

4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)

5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)

6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)

7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)

8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)

9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)

10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

11- Cavid Mirzayi (əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

12- İsmayıl Şucayi (əslən Sarab şəhərindəndir. O Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

13- Behzad Səfərzadə (əslən Ərdəbil Əyalətinin Germi məntəqəsindəndir, o Kərəc şəhərində keçirilən aksiyada öldürülüb)

14- Həsən Əlizadə (əslən ərdəbillidir. O Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

15- Əli Frutən Ləgəran (əslən Meşkinşəhr (Xiyav) şəhərindəndir. O Tehranda keçirilən etirazlar zamanı öldürülüb)

16- Siyamək Nəvidi Bildaşi (Ərdəbil Əyalətinin Germi şəhərindəndir. Kiyanşəhrdə keçirilən etirazlar zamanı öldürülüb)

17- Kamal Fərəci (Azərbaycan türküdür. İslamşəhrdə keçirilən etiraz aksiyası zamanı öldürülüb)

18- İbrahim Kitabdar (Əslən Şahsevən elindəndir. O ölkədə bahalığa etiraz olaraq keçirilən aksiyalar zamanı İranın güc strukturları tərəfindən öldürülüb)

Sozcu.az

Facebook Comments