Almaniya ABŞ-ın qarşı sanksiyalarını tədqiq edəcək

Almaniya hökuməti ABŞ-ın “Şimal axını-2”yə qarşı sanksiyalarını tam şəkildə öyrəndikdən sonra ona veriləcək reaksiyanı müəyyən edəcək.

Sozcu.az xəbər verir ki, bu fikri Almaniya Nazirlər Kabinetinin rəsmisinin müavini Ulrike Demer səsləndirib.

“Biz sanksiyaları bütün detalları ilə birlikdə tədqiq edəcəyik, onun layihəyə təsirini dəyərləndirəcəyik və bundan sonra atacağımız addımlarla bağlı qərar verəcəyik”, – deyə o, bildirib.

Qeyd edək ki, dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. Büdcə “Şimal axını-2” və “Türk axını” təbii qaz boru xətti lahiyələrinə qarşı sanskiyaların tətbiqini nəzərdə tutur.

Facebook Comments