Qarabağ Qaziləri əmlak xidmətlərindən narazıdır

2019 -cu ildə verilən ərizəyə 2020-ci ildə baxılacaq

Bu günlərdə mətbuatda “Əmlak Xidmətləri Məkanı”nın ailələrin hüquqlarını pozmasından , olmayan əmlaka görə əsassız və şişirtmə ödəniş alınmasındanyazı dərc olunub. Yazıda sözügedən xidmət qurumunun vətəndaşın adına əmlak olmaması haqqında arayışı 10 gün müddətində verməsi vurğulanıb . Halbuki , həmin müddət də təqvim hesabı ilə yox, 10 iş günü təşkil edir . Başqa sözlə , adi bir arayışı əmlak xidmətçiləri ən azı 20 günə verir. Hətta Qarabağ əlili , əsgər ailələrinə də hörmətsizlik edilir . Bunu Qarabağ əlilinin ağır xəstə oğlunun , digər Qarabağ əlilinin hərbi xidmətdə olan oğlunun mütləq xidmət məkanına gətirilməsininvacibliyi , bu mümkün olmadıqda etibarnamə vermələri haqqındakı tələb sübut edir . Hərbi xidmət əsgərinin əmlak xidməti üçün ailə üzvünə etibarnamə verməsinin iki dəfə gedib- qayıtmaq hesabı ilə neçəyə başa gəldiyini , yəqin ki , Maliyyə Nazirliyi , Hesablama Palatası , İqtisadiyyat Nazirliyi və digər bağlantılı qurumlar hesablamaqda çətinlik çəkməz . Eləcə də yataqda xəstə olan ailə üzvünün də notariusu dəvət edib , yataqda kiməsə etibarnamə verməsi xeyli problematikdir və xərc tələb edir. Amma bu , ƏMDK -nın əmlak xidmətçilərini ilgiləndirmir. Maraqlı və anlaşılmazdır ki , sözügedən xidmət məkanı şənbə-bazar günü də işlədiyi halda, 10 iş gününü həftədə 5 gündən hesablayır . Yəni bu gün ərizə verən vətəndaşın arayışı gələn ilin yanvarın 9 -da -20 gündən sonra ala biləcəyi bildirilir. Nə Nazirlər Kabinetinin 28-29 dekabr istirahət günlərini 3 və 6 yanvar iş günləri ilə əvəz etməsi haqqında qərarı , nə də bütün həftəni işləmələri ƏMDK xidmətçilərinin vecinə deyil .Guya ərizəni qəbul edənlərdən fərqli olaraq arayışı icra edənlərhəmin günlərdə işləmirlər , yatırlar . Bu necə ola bilər ? Kompüterləri də özləri ilə aparırlar ? Sistemin yaddaşına köçən məlumatları da “yatızdırırlar”? Adi bir arayışın 20 günə verilməsinin əlavə qanunsuz ödəniş məqsədi ilə edilməsi isə şübhə doğurmur . Aydın olsun deyə , ümumvətəndaş pasportunun , şəxsiyyət vəsiqəsinin bir günə verilməsininrəsmi tarifinin qəbul edildiyinixatırladaq . Çox güman , məntiq(sizlik) əmlak xidmətçilərini də belə birgünlük tarifinə əl atmağa sövq etməyib , elə qeyri-rəsmi şişirtmə ödəniş ilə elə həmin gün arayış əldə etməyə üstünlük verilib . Arayışın hazır olması isə bir neçə dəqiqənin işidir . Kommunikasiya texnologiyalarının belə yüksək səviyyədə olmadığı illərdə , məsələn , 20 il qabaq “BTİİ” -dən elə həmin gün arayış verilirdi . Özü də ödənişsiz . İndi isə şişirtmə, əsassız , qanunsuz ödəniş bir yana , arayışı da 20-30 günə verirlər .

Gözləyək 2020-ci ili . ƏMDK-nın əmlak xidmətləri məkanı “yatıb-yatıb” düz 20 günün tamamında “yuxudan ayılıb” arayışı hazırlayacaq. …

Qarabağ Qaziləri
Müşfiq İsmayılov, Eldar Hüseynov və b.

Facebook Comments