Acı xəbər: Hava balonu ilə yaşayan ŞƏHİD övladı DÜNYASINI DƏYİŞDİ

Hava balonu ilə yaşayan şəhid övladı Elxan dünyasını dəyişib.

Balondan başqa heç nə edə bilmədik şəhid nəslinin yeganə davamçısna. Amma ciyəri dəyişə bilərdi. Yaşaya bilər, nəslini artırıb gələcəyin şəhidlərini verə bilərdi bizə… Əməliyyat haqqı maksimum 170 min edirdi. Üç milyonluq saatdan dəfələrlə az, ayı ətinin “şotundan” az, şərab vannasında bakirə qızlarla oynamaqdan da az, lap nəvələrinizin adam vurub öldürdüyü “Galenvagen”dən də az edirdi Elxanın həyatı…amma, olmadı, eləmədiniz. Vicdan işi idi, sadəcə bacarmadınız…

Xatırladaq ki, hava balonu ilə yaşayan şəhid övladı Elxan Mehdiyev Tərtər rayonundan idi. Şəhid övladı həyatda qalması, yaşaması üçün dövlət qurumlarına, iş adamlarına nə qədər müraciət etsə də, ona kömək edən olmadı. Elxan Mehdiyev Tərtərdə ağır mənzil-məişət şəraitində yaşayırdı.

Allah rəhmət eləsin!

Elgün Gəncimsoy

Facebook Comments