Üzeyirdən daha bir rekord

Müğənni Üzeyir Mehdizadə daha bir rekorda imza atıb.
Sozcu.az xəbər verir ki, sənətçinin rəsmi “Youtube” səhifəsi Azərbaycanın ən böyük kanalı seçilib.

Buna zəmin yaradan isə ifaçının abunəçilərinin sayının 1 milyonu ötməsi olub.

Qeyd edək ki, kanaldakı videoların ümumi baxış sayı yarım milyarda yaxındır. Bundan başqa onun “Yaxşı olar” adlı ifası Azərbaycan dilində ən çox – 107 milyon dəfə izlənilən mahnıdır.

Facebook Comments