ABŞ "Sinaloa" kartelinin liderləri barədə məlumat verənə 10 milyon dollar mükafat təyin edib

ABŞ Meksikanın "Sinaloa" kartelinin liderləri Rene və Alfonso Arsat Qarsiya qardaşlarının tutulmasına kömək edən məlumatlara görə 10 milyon dollar mükafat təklif edib. Sozcu.az-ın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Qeyd olunur ki, "Qurbağa" ləqəbi ilə tanınan Rene Arsat Qarsiya və "Axilles" kimi tanınan qardaşı Alfonso Arzat Qarsiya təxminən 15 ildir ki, kartelin bölmələrindən birinə rəhbərlik edir və ABŞ-yə fentanil də daxil olmaqla narkotik qaçaqmalçılığına nəzarət edir. 2014-cü ildə ABŞ hakimiyyəti onları qiyabi olaraq ittiham edib, 2023-cü ildə isə ABŞ-nin Maliyyə Nazirliyi onları narkotik qaçaqmalçılığına görə sanksiya siyahısına salıb. Rene Arzat Qarsiya həmçinin xarici terror təşkilatının fəaliyyətinə dəstək verməkdə, metamfetamin, kokain, fentanil və marixuana qaçaqmalçılığında və çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd olunur ki, ötən ilin fevral ayında ABŞ administrasiyası "Sinaloa" və "Jalisco Nueva Generacion" da daxil olmaqla səkkiz narkotik kartelini xarici terror təşkilatı kimi tanıyıb.report)

Mərkəzdə söküntü: Kompensasiya yetərsizdir

Paytaxtın mərkəzi ərazilərində yaşayırlar, amma mənzillərinin sahəsi kiçik olduğu üçün verilən kompensasiya məbləği ilə yaşadıqları yerin ətrafından mənzil ala bilmirlər. Sozcu.az xəbər verir ki, paytaxtda aparılan söküntü işləri çərçivəsində ev sahiblərinin əsas problemlərindən biri də məhz budur. Məsələn, 30 kvadratmetr sahəsi olan mənzil sökülən zaman kvadratına 2700 manat kompensasiya hesablanarsa, 80 min manatdan bir qədər artıq məbləğ edir ki, bu pulla da ev sahibi yaşadığı əraziyə yaxın yerdən, yəni mərkəz ərazilərdən ev ala bilmir. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu mexanizmin təkmilləşdiriliməsinə ehtiyac var - kompensasiya yerinə kiçiksahəli ev sahiblərinə həmin yerə yaxın ərazidən ev verilsin. Deputat Vüqar Bayramov bildirib ki, dövlət ehtiyacları üçün torpaqların alınması zamanı da mövcud imkanlar çərçivəsində vətəndaşlara əlavə dəstək mexanizmləri nəzərdən keçirilə bilər.(Xəzər TV)

Zelenski: Növbəti danışıqlar Əbu-Dabidə keçirilə bilər

ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli sülh danışıqlarının növbəti mərhələsi martın əvvəlində Əbu-Dabidə baş tuta bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. O qeyd edib ki, bu açıqlamanı Cenevrədə ABŞ və Ukrayna rəsmiləri arasında müharibədən sonrakı bərpa məsələlərinə dair keçirilən görüşdən sonra səsləndirib. (Reuters)

Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: ölkə parçalana bilər

Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Avropanın qaz bazarının 40 faizinə nəzarət edən, OPEK+ formatında dünya neft bazarında qaydaları və qiymətləri müəyyən edən Rusiya enerji gücü idi. Neft, qaz və daş kömürün satışından Rusiyaya hər il orta hesabla 500-550 milyard dollar daxil olurdu. Putinin “fateh”lik niyyəti bütün bu uğurları məhv etdi. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib. Onun sözlərinə görə, Rusiya neft, qaz və daş kömürün satışını davam etdirsə də, Avropa bazarlarından qovulduğu üçün Çin, Hindistan və Türkiyə kimi alıcıların mərhəmətinə möhtac vəziyyətə düşüb: “Üstəlik, Avropa və dünya bazarlarında neft və qazın qiyməti də ucuzlaşmaqda davam edir. Niderlandın TTF (Title Transfer Facility) mərkəzində ən yaxın qaz fyuçers müqaviləsi 1000 kubmetr üçün 338 dollara düşüb. Aprel ayı üçün 1000 kubmetr qaz 334 dollardan təklif olunur. Böyük Britaniyada isə qiymətlər daha da ucuzlaşaraq 317 dollara düşüb. Bütün bunların nəticəsində Rusiyanın qaz və daş kömür sənayesi zərərlə işləyir. Neft sənayesinin gəliri 77 faiz azalıb. “Lukoyl” vergi yükünün azaldılması üçün dövlətdən kömək istəyib, “Surqutneftqaz”ın maliyyə vəziyyəti pisləşib, “Rosneft”in mənfəəti kəskin şəkildə azalıb. Hazırda neft sənayesindəki şirkətlərin təxminən yarısı zərərlə işləyir və bəzi kiçik şirkətlər iflas edir. Rusiya Energetika Nazirliyinin hesablamalarına görə, 2030-cu ilə qədər Rusiyada çətinliklə çıxarılan neft hasilatın təxminən 80 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, Rusiyada neftin bir barrelinin hasilatı ən azı 40-45 dollara başa gələcək. Hazırda Rusiyanın “Urals” markalı xam neftinin qiyməti 60 dollar civarında olsa da, Moskva onu Çinə 25 dollar endirimlə satır. Yəni, Rusiya bir daha böyük valyuta axınını hətta yuxuda da görməyəcək. Bu o deməkdir ki, Rusiya hələlik hərbi məğlubiyyətə məruz qalmasa da, iqtisadi məğlubiyyəti artıq gerçəkləşib. Bu məğlubiyyət Rusiyanı hökmən çökdürəcək. Rusiya iqtisadiyyatının aparıcı sahələri çökdüyü halda, “ölüm iqtisadiyyatı” (dəfn xidməti) yüksəliş dövrünü yaşayır. Bu “sənaye” 2024-cü ildə 7,7%, 2025-ci ildə 12,7% böyüyüb. Dəfn xərcləri yüksək olduğu üçün meyitlərin yandırılması da artıb. Bu isə krematoriyalara təlabatı artırıb. Hazırda Rusiyada 38 krematoriya var. Onlardan 27-si özəldir və 8-i son iki ildə açılıb. Halbuki özəl krematoriyaların fəaliyyəti də tamamilə qanunauyğun deyil. Maliyyə çatışmamazlığı səbəbindən dövlətə aid krematoriyaların tikintisi mümkün olmadığı üçün rəsmi orqanlar özəl krematoriyaların fəaliyyətinə göz yumur. Məlumata görə, 30-dan artıq krematoriyanın tikintisi də davam edir. Neft, qaz və daş kömür sənayesinin çöküşü, “ölüm iqtisadiyyatı”nın (dəfn xidməti) yüksəlişi Rusiyanın böyük bir sarsıntı ərəfəsində olduğunu təsdiqləyir. Bu nəhəng dövlət çökür və onu bir daha kimsə xilas edə bilməz. Elə bir vəziyyət yaranıb ki, Federal Təhlükəsizlik Xidmətinə yaxınlığı ilə bilinən “Komsomolskaya Pravda” radiosunda da Rusiyanın süqut edərək parçalanacağı təhlükəsindən danışmaq tabu mövzu olmaqdan çıxıb”.

Fransa səfirliyi Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi 26 Fevral - Xocalı Soyqırımı Günü ilə bağlı Azərbaycana başsalığı verib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün biz Xocalı qurbanlarının xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq", - paylaşımda qeyd edilib.

Hansı özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək? - Tələblər hazırlanıb

Xərçəng xəstəliklərinin müalicəsinin özəl klinikalarda da aparılmasına başlanılacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, bu, islahatların bir hissəsidir. "İndidən bildirmək istəyirəm ki, özəl sektorda onkoloji xidmət göstərmək üçün və bu icazəni almaq üçün xüsusi qaydalar və tələblər hazırlanıb. Çox ciddi tələblərdir və yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə həmin lisenziya veriləcək", - o əlavə edib.

Prezident Xocalı Soyqırımı Memorialının açılışında...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Türkiyə XİN Azərbaycana başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb. “26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində günahsız mülki şəxslərə qarşı törədilən qırğını qınayırıq. Xocalıdakı vəhşilik vicdanımızda utancverici bir ləkə olaraq qalır. Qətlə yetirilən 613 nəfərin, yaralananların, əsir götürülən və itkin düşmüş bütün azərbaycanlı qardaş və bacılarımızın ağrısını həmişə qəlbimizdə daşıyırıq”, - bəyanatda qeyd olunub.

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir?

Səhiyyə sektorunda mərhələli şəkildə islahatlar aparılır. Sozcu.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdiriləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib. T.Musayev qeyd edib ki, bu məsələyə TƏBİB-in Müşahidə Şurasının sədri daha ətraflı və dəqiq cavab verə bilər.

Bakıda kişinin başı daşa dəydi, öldü

Bakıda başı daşa dəyərək xəsarət alan şəxs həyatını itirib. Sozcu.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov A.Məlikov küçəsində yıxılaraq baş nahiyəsində xəsarətlə xəstəxanaya yerləşdirilib. O, fevralın 25-i saat 03 radələrində yerləşdirildiyi xəstəxanada ölüb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

ABŞ səfirliyi xalqımıza başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, səfirlik bu barədə rəsmi sosial media hesablarında yazıb. "Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - paylaşımda qeyd olunub.

Ramiz Mehdiyevin kürəkəninə məxsus klinika bağlanır

Bakıda fəaliyyət göstərən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ailəsinə məxsus olduğu bildirilən “German Hospital”ın bağlanacağı ilə bağlı yeni xəbərlər yayılıb. İddialara görə, son aylarda tibb müəssisəsinin fəaliyyəti zəifləyib. Qeyd olunur ki, xəstəxana əməkdaşlarına martın 1-dən etibarən klinikanın bağlanacağı deyilib. Modern.az məsələ ilə bağlı "German Hospital"la əlaqə saxlayıb. Klinkadan saytımıza verilən açıqlamada yayılan məlumatların həqiqət olmadığı bildirilib. Qeyd olunub ki, tibb müəssisəsi fəaliyyətini davam etdirir və əməkdaşlar iş başındadır. Xatırladaq ki, ötən il də klinikada bəzi həkim və əməkdaşların işdən çıxarılması, eləcə də bir neçə şöbənin fəaliyyətini dayandırması ilə bağlı xəbərlər yayılmışdı. Bundan əlavə, tibb müəssisəsinin adı istintaq materiallarında da hallanıb. Klinikanın Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub. Mehdiyevin kürəkəninin adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən "German Hospital"ın təsis sənədlərində də keçir.

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Fevralın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Goranboy, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

İlham Əliyev Xocalının Xanabad kəndində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şeyxin oğlu vəzifəsindən azad edildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq Əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub. Onunla bağlı qərar bir neçə gün əvvəl verilib. Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğludur.(Manset.az)

Polkovnik həbs edildi

Ermənistan Polisinin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini polkovnik Ovanes Tamamyan həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. İlkin istintaq zamanı əldə edilən faktiki məlumatlara əsasən, Ovanes Tamamyan 2008-ci il martın 1-də heç bir əsas olmadan polis əməkdaşlarına İrəvanın Azadlıq Meydanında etirazçı E.A.-nı döyməyi və onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparmağı tapşırıb. Bu tapşırıq əsasında E.A.-ya qarşı zorakılıq tətbiq edilib: onun bədəninin müxtəlif yerlərinə dəfələrlə yumruq və təpik vurulub, nəticədə ağır, həyati təhlükə yaradan xəsarətlər alıb. Ovanes Tamamyan Cinayət Məcəlləsinin 38-309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) ilə ictimai cinayət işi açılıb. 25 fevral 2026-cı il tarixində Ovanes Tamamyan məhkəməyə verilmək üçün həbs edilib. İlkin istintaq davam edir.

İcra başçısı 30 əməkdaşı işdən çıxardı

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb. Sozcu.az xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 28 əməkdaşı vəzifəsindən azad edilib. Dəyişikliklə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində 38 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. Onlardan 10 nəfəri müxtəlif qurumlarda müəyyən vəzifəyə təyin edilsə də, 28 nəfər yeni işlə təmin edilməyib. İcra başçısı Rafiq Cəlilovun sərəncamı ilə 28 əməkdaşının dövlət qulluğuna xitam verilib. Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar. Həmin şəxslərin 7 nəfər başqa vəzifəyə təyin olunsa da, hazırda 28 nəfər işsiz qalıb. (oxu.az)

Qohum evliliyi ilə bağlı qadağa nikahların sayına necə təsir edib? – Statistika

Ötən ilin dekabr ayında Azərbaycanda 3 min 550 nikah bağlanıb. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 188 nikah və ya 5,6% çoxdur. Məlumat üçün bildirək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda yaxın qohumların – əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib. Qeyd edək ki, qadağanın ilk dəfə tətbiq olunduğu iyul ayında nikahların sayı kəskin azalsa da, sonrakı aylarda artım müşahidə olunub. Hətta sentyabr ayında bağlanan nikahlar ötən ilin ən yüksək göstəricisi olub. Ötən il Azərbaycanda nikahların sayı aylar üzrə aşağıdakı kimi olub: Yanvar – 4 717 nikah; Fevral – 3 024 nikah; Mart – 3 465 nikah; Aprel – 3 747 nikah; May – 4 830 nikah; İyun – 5 032 nikah; İyul –  2 694 nikah; Avqust – 3 894 nikah; Sentyabr – 4 929 nikah; Oktyabr – 4 407 nikah; Noyabr – 4 257 nikah; Dekabr – 3 550 nikah.(yeniavaz)

Hava kəskin soyuyur: Bəzi yerlərdə 10 dərəcə şaxta olacaq

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Duzlaşma və bel yırtığına görə oruc tutmamaq bəhanədir - ilahiyyatçı

Bir sıra mübahisəli vəziyyətlər Ramazan ayında oruc ibadətinin pozub-pozmaması sualını yaradır. Modern.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, oruc ibadəti yalnız mədənin tutulmasından ibarət deyil: “Əslində oruc ruhun, qəlbin və insan təfəkkürünün nəzarətdə saxlanmasıdır. Lakin şəriətin müəyyən etdiyi zahiri hökmlər mövcuddur və bu hökmlərdən hər hansı biri pozularsa, oruc pozulur”. İlahiyyatçı qeyd edib ki, həblərin udulması, qidalandırıcı iynələrin qəbul edilməsi, qəsdən qusmaq orucu pozur: “Dava-dalaş, gərgin emosional vəziyyət, qeybət etmək, yalan danışmaq – bunlar orucu pozmasa da, ibadətin mənəvi təsirini zəiflədir”. Ağa Hacıbəyli deyib ki, bəzi gigiyena və müalicə tədbirləri var ki, onlar icra olunsa, ibadətə xələl gəlmir: “Dişlərin fırçalanması, gün ərzində yatmaq, qan analizi vermək, dişə dərman qoydurmaq, dişlərin müalicəsi, spreylərdən istifadə (maddə boğaza keçmirsə) – oruc pozulmur”. İlahiyyatçı əlavə edib ki, bir çox xəstəliklər zamanı oruc tutmaq mümkündür, tutmamaq bəhanə ola bilər: “Məsələn, bel yırtığı və ya bədəndə duzlaşma kimi hallarda oruc ibadətinə heç bir əngəl yoxdur. Hətta mütəxəssislər bildirir ki, düzgün tətbiq edilən oruc bəzi xəstələr üçün müsbət təsir göstərə bilər. Lakin ağır xəstəliklərdə və ya sağlamlıq vəziyyəti ciddi olan şəxslər həkim məsləhəti olmadan oruc tutmamalıdır. Belə hallarda tibbi göstərişlər prioritetdir və ibadətin məqsədi sağlamlıqla ziddiyyət təşkil etməməlidir”.

İranın 17 universitetində etiraz aksiyaları keçirildi

Fevralın 24-də Tehran başda olmaqla, bir neçə şəhərin 17 universitetində tələbələr etiraz aksiyaları keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə İran Tələbə Hərəkatına bağlı sosial media şəbəkəsində məlumat yayılıb. Etirazçı tələbələr “Diktatora ölüm”, “Məhbus tələbələrə azadlıq”, “Tələbə ölər, alçalmağı qəbul etməz” və başqa bu kimi şüarlar səsləndiriblər. Hökumətə bağlı radikal qruplaşma üzvlərinin hücumu nəticəsində bir neçə tələbənin yaralandığı bildirilib. Qeyd edək ki, Tehran və Məşhəd şəhərlərinin universitetlərində yeni etiraz aksiyaları fevralın 21-dən başlayıb.

MKİ xəbərdarlıq etdi: Çin Tayvana hücum edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) texnologiya şirkətlərinə Çinin 2027-ci ildə Tayvana hücum edəcəyi barədə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Təhlükəsizlik rəsmiləri gizli brifinqlərdə Əpl, “Advanced Micro Devices” və “Qualcomm” kimi şirkət rəhbərlərinə Çinin Tayvanı geri almaq planları hazırladığı, adanın Pekin tərəfindən blokadasının orada istehsal olunan kompüter çiplərinin tədarükünü dayandıra və ABŞ texnologiya sənayesini diz çökdürə biləcəyi barədə xəbərdarlıq ediblər. ABŞ prezidentləri Bayden və Tramp vəziyyəti dəyişdirməyə çalışsalar da, Amerika şirkətləri smartfon, noutbuk və süni intellekti gücləndirən nəhəng məlumat mərkəzlərini təchiz edən mikroçiplərinin əksəriyyəti üçün təchizatçıları dəyişdirməkdən inadla imtina edir”, - məlumatda deyilib.

Toliklə Elgizin verilişi bağlandı, Zaur töhmət aldı

Elgiz Əkbər və Tolikin (Tarix Əliyev) müəllifi və aparıcısı olduğu verilişlər bağlanıb. Sozcu.az xəbər verir ki. bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Elgizin ARB-də yayımlanan “Elgizlə izlə” verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb. Tarix Əliyevə isə (Speys TV) bu həftədən canlı efir qadağan edilmişdi, ona görə əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər tamamlanacaq və Tolif cümə günü tamaşaçıları ilə sağollaşacaq. Həmçinin vurğulanıb ki, Zaur Nəbioğluna (ATV) şiddətli töhmət verilib və efirə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq. Redaksiyanın sorğusuna kanalların heç birindən cavab verilməyib. Tarix Əliyev aparıcısı olduğu verilişin prodüseri isə bu mövzuda danışmaq istəmədiyini açıqlayıb. Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə gedən müzakirələr, efirin həddən artıq bayağılaşması ciddi narazılıqlara səbəb olub.

İrana heç vaxt icazə verməyəcəyəm… - Tramp

İranda rejim və onun qatil əlaltıları 47 il əvvəl bu qürurlu millətə nəzarəti ələ keçirdikdən bəri terrorizm, ölüm və nifrətdən başqa bir şey yaymayıblar. Onlar minlərlə Amerika hərbçisini və milyonlarla insanı öldürüb. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar artıq Avropanı və xaricdəki bazalarımızı təhdid edə biləcək raketlər hazırlayıblar və tezliklə ABŞ-a çatacaq raketlər yaratmaq üzərində işləyirlər. Onlar razılaşmaq istəyirlər, amma biz “heç vaxt nüvə silahımız olmayacaq” sözlərini eşitməmişik. Mənim seçimim bu problemi diplomatiya yolu ilə həll etməkdir. Amma bir şey dəqiqdir: heç vaxt dünyanın bir nömrəli terror sponsorunun nüvə silahına sahib olmasına icazə verməyəcəyəm”, - o bildirib.