Yevlax xəstəxanasında YANĞIN – Xəstələr təxliyə edildi

Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. /BakuPost/

Facebook Comments