Beynəlxalq Antidopinq Agentliyi Rusiyanı Olimpiada və dünya çempionatları da daxil olmaqla, bütün yarışlardan kənarlaşdırıb.
Sozcu.az xəbər verir ki, bunu Rusiya Antidopinq Agentliyinin (RUSADA) rəhbəri Yuri Qanus da təsdiqləyb.
Qərar 4 il ərzində qüvvədə olacaq.
Qeyd edək ki, noyabrın 25-də Beynəlxalq Antidopinq Agentliyi RUSADA-nın antidopinq kodeksinə əməl etmədiyini açıqlamışdı.
Facebook Comments