ALDP Rəyasət Heyətinin növbədənkənar iclasını keçirəcək

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Sozcu.az xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət və 2020-ci il fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərində partiyanın iştirakı məsələsi müzakirə olunub.

Toplantıda cıxış edənlərin əksəriyyəti növbədənkənar parlament seçkilərində iştirak etmək məsələsini partiyanın Rəyasət Heyətinin iclasının gündəliyinə salınmasına səs verdilər.

“Seçkilərdə iştrak etməyə tərəfdar olanların argumentlərini hardasa qəbul etmək olar. Son qərarı Rəyasət Heyəti verəcək. ALDP AXH üzvüdür və bu məsələni orada olan dostlarmızla də müzakirə olunmalıdır.” – ALDP sədri qeyd etdi.

Qərara alındı ki, növbədənkənar Rəyasət Heyətinin iclası dekabrın 11-də keçirilsin.

Facebook Comments