Azərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asdı

Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün Müqabil Baxışov özünü asıb.

Sozcu.az  Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda mərhumun qardaşı Yusif Baxışov məlumat verib.

Xatırladaq ki, Müqabil Baxışov Bir müddət əvvəl-2016-cı ilin payızında M.Baxışov sosial şəbəkədə özünü PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi təqdim etmişdi. O, PKK bayrağı ilə şəkil çəkərək sosial şəbəkələrdə paylaşmışdı. M.Baxışovun həmin vaxt Laçın Rayon Təhsil Şöbəsində işlədiyi bildirilirdi. Lakin təhsil şöbəsi Baxışovun 2014-cü ildə işdə yol verdiyi nöqsanlara görə işdən çıxarıldığını açıqlamışdı.

Bundan sonra Baxışov 2016-cı ilin noyabrında saxlanılıb. Daxili İşlər Nazirliyinin həmin ərəfədə yaydığı məlumatda deyilirdi ki, Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun 4 sakininin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlakını ələ keçirib. Və həmin şəxslərə ailə üzvlərini işə düzəltməyi vəd etməklə 4 min manata yaxın ziyan vurub. Onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl isə M.Baxışov 2012-ci ilin oktyabrında xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin barəsində 1 il 6 müddətinə şərti sınaq müddəti olmaqla cəzası dəyişdirilib.

 

Facebook Comments