Boliviya 11 il sonra ABŞ-a ilk səfirini təyin etdi

Boliviyanın yeni hökuməti ABŞ-a səfir təyin edib.

Sozcu.az xəbər verir ki, bu məlumatı Boliviya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Uolter Oskar Serrate Kuelyarın səfir təyin edildiyini bildirib.

Qeyd edək ki, Kuelyar bundan öncə Boliviyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsini icra edib.

Boliviyanın ABŞ-da 2008-ci ildən bu yana səfirliyi yoxdur. Belə ki, 2008-ci ildə Evo Morales ABŞ-ın Boliviyadakı səfiri Filip Qoldberqi arzuolunmaz şəxs elan edərək, onu ölkədəki separatçı hərəkata dəstək verməkdə ittiham edib. ABŞ isə cavabında Boliviya səfirini ölkədən deport edib.(Axar.az)

Facebook Comments