“Qarabağa ancaq və ancaq döyüşərək getmək lazımdır” -Ramiz Abışov

Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərlərinə münasibət bildirən “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin İdarə Heyyətinin üzvü Ramiz Abışov, bu cür siyasətin Qarabağın ermənilərin olmasını tanıtmağa xidmət etdiyini deyib:

“Qarabağa ancaq və ancaq döyüşərək getmək lazımdır. Mən doğma torpaqlarımıza döyüşərək getməyi tələb edirəm. Erməni jurnalistlərin Azərbaycana gətirilməsi və Azərbaycanlı jurnalistlərin Ermənistana və işğal altında olan Qarabağa gediş-gəlişi cəmiyyəti təslimçi sülh müqaviləsinə hazırlamağa xidmət edir. Jurnalistlərin gediş-gəlişi Ermənistan və Azərbaycan rəsmləri tərəfindən Qarabağ müharibəsini mövzu kimi uzadaraq, yaddan çıxartmağa xidmət edən siyasətinin tərkib hissəsidir. Bu gediş -gəliş Qarabağın ermənilərin olması ilə bağlı Azərbaycana de-fakto tanıtdırma siyasətidir”.

Facebook Comments