“Qarabağ işğal altında ola- ola bu cür qarşılıqlı münasibətlər yolverilməzdir” -İlqar Əli

“Qarabağ işğal altında ola- ola bu cür qarşılıqlı münasibətlər yolverilməzdir. Bu planın kökündə erməni maraqları durur. Hansı ki, üç həmsədr ölkələrin hamısı ermənipərəst mövqelərini gizlətmədən məsələnin həlli üçün Azərbaycan maraqlarını heç vaxt nəzərə almayıblar. Bununda kökündə Azərbaycan hakimiyyətinin istər daxili, istərsə də xarici siyasətində qətiyyətli iradə göstərməməsi dayanır. Hakimiyyətin Rusiyanın maraq dairəsindən çıxa bilməməsi torpaqlarımızın hələdə də işqal altında qalmasına zəmin yaradır”.

Sozcu.az xəbər verir ki, bunu Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İB-nin sədri İlqar Əli Əli Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərlərinə münasibət bildirərkən deyib:

“Bu gediş-gəlişlər Azərbaycan ictimaiyyətinin maraq dairəsində olmadığı üçün gizli şəkildə həyata keçirilir. Kimlər bunu təşkil edir, kimlər bu qorumanı həyata keçirir, onların(ermənilərin) sərbəst şəkildə şəhəri dolaşmasına şərait yaradır Bunu ancaq erməni qanı daşıyanlar edə bilər. Odur ki bu tipli münasibətləri torpaqlarımız uğrunda can verən şəhid və qazilərimizə hörmətsizlik kimi dəyərləndirirəm, bunu təşkil edənlərə ar olsun deyirəm. Mətbuatın, QHT lərin bu məsələdə susqunluq nümayiş etmələri rüsvayçılıqdır. Azərbaycan hakimiyyətinin maliyyəsi qarşılığında susmaq, məsələyə münasibət bildirməmək xəyanətdir. Qarşıdakı düşmən heç vaxt qorxulu deyil, ən təhlükəli düşmən daxildəki düşməndir. Bax bundan qorxmaq lazımdır. Bu xəyanətkarlığın nəticəsidir ki düşmən daxildə planlarını sərbəst şəkildə həyata keçir”.

Elşən Əlisoy
Sozcu.az

Facebook Comments