Albaniyada dəhşətli zəlzələ: 3 ölü, 150 yaralı

Albaniya paytaxtı Tirana şəhəri yaxınlığında güclü zəlzələ qeydə alınıb.

Sozcu.az xəbər verir ki, bu məlumatı ABŞ Geologiya Xidməti yayıb. Məlumata görə, 6,4 bal gücündə olan zəlzələnin episentri Tirananın yaxınlığında yerləşən Şidjak şəhəri olub.

Nəticədə bir neçə yaşayış binası dağılıb. Yüzlərlə yaralının olduğu bildirilir.

Albaniyada yeraltı təkanlar nəticəsində yaralıların sayı 150 nəfəri ötüb. 3 nəfər isə yaralanıb.

Bu barədə İtaliyanın “Sky TG24” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, dağıntılar altında çoxlu sayda insan qalıb.

Facebook Comments