Neymarı Madriddə fitə basdıar – “Barselona”ya get!”

Çempionlar Liqasının 5-ci turunda “Real”la keçiriləcək oyun üçün Madridə səfər edən PSJ-nin futbolçusu Neymar paytaxtda xoş qarşılanmayıb.

Sozcu.az xəbər verir ki, braziliyalı oyunçu komandanın avtobusundan düşərkən fanatlar onu fitə basıb və “Barselona”ya get!” şüarları səsləndirib. “Sambaçı” azarkeşlərə heç bir reaksiya verməyib.

Xatırldadaq ki, Neymar daha əvvəl “Real”ın əzəli rəqibi “Barselona”nın formasını geyinib. Ötən yay onun Madrid klubuna keçidi gündəmdə olsa da, PSJ futbolçusunu buraxmamışdı.(Qol.az)

Facebook Comments