Mourinyonun maaşı açıqlandı – Poçettinodan ikiqat çox

“Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun London klubundakı qazancı məlum olub.

Sozcu.az “Daily Mail”ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin illik əmək haqqı 17.5 milyon avro olacaq. Mourinyonun sələfi Maurisio Poçettinonun illik maaşı isə 9 milyon avro idi. Beləliklə, Mourinyo Poçettinodan iki dəfə çox qazanacaq.

Xatırladaq ki, 2014-cü ildən “Tottenhem”i çalışdıran Poçettino komandanın uğursuz çıxışlarına görə ötən gün istefaya göndərilib. Mourinyo ilə isə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.(Qol.az)

Facebook Comments