NATO-da böhran: Alman deputat Makronu dəstəklədi

Yalnız öz kölgəsindən ibarət olan NATO böhran içərisindədir.

Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Almaniya Yaşıllar Partiyasının millət vəkili Yurqen Trittin çıxış edib.

“Fransa lideri Emmanuel Makronun NATO-da “beyin ölümü”nün baş tutması barədə açıqlaması doğrudur. Alyans üzvləri arasında fərqli maraqların olması səbəbindən təhlükəsizliyi təmin etmək olmur. Üzvlər arasındakı strateji qarşıdurmalar Rusiya ilə münasibətlərdə də özünü göstərir”, – Trittin qeyd edib.(Axar.az)

Facebook Comments