QAT erməni jurnalistlərin səfərinin mümkün olmayacağını bildirib

Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni jurnalistlərin noyabrın 17-də Bakıya səfər edəcəkləri ilə bağlı məlumatlara sərt reaksiya verib.

QAT qəbul etdiyi bəyanatda göstərilib:

“ Birmənalı şəkildə bildiririk ki, bu səfər Azərbaycanın maraqlarına cavab vermir, ermənilərin işğalçı və ilhaqçı siyasətinə xidmət edir. Yayılan məlumatda bu səfərin “qarşılıqlı etdimadın yaradılması”na xidmət etdiyi qeyd olunur. Azərbaycanın torpaqları işğal altındadırsa, Ermənistanın quldur rəhbəri “Dağlıq Qarabağ Ermənistanındır” hədyanları ilə çıxış edirlərsə, hansı “etimad mühitindən” danışmaq olar?! Azərbaycanda kim bu səfəri təşkli edir, kim şərait yaradırsa, dövlət maraqlarına xəyanət edir, milli qürurumuzu ermənilərin ayaqları altına atır. Biz hər kəsi bu antimilli prosesdən geri çəkilməyə çağırırıq. Etimad mühiti yalnız torpaqlarımız, Qarabağımız işğaldan azad edildikdən sonra yaradıla bilər.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bildiririk ki, işğalçı Ermənistan rejiminin jurnalist adı altında ölkəmizə göndərilən casuslarının, terrorçularının qarşısını istənilən vasitələrlə alacaq, onların hər hansı tədbirə qatılmalarına imkan verməyəcəyik.

Facebook Comments