Lavrov yenə İrəvana gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir.
Sozcu.az  xəbər verir ki, Lavrov səfər çərçivəsində Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyanla birlikdə Böyük Vətən Müharibəsi üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin açılışında iştirak edib.

Qeyd edək ki, Sergey Lavrovun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyanla da görüşü nəzərdə tutulub.

Facebook Comments