Oqtay Gülalıyevin müalicəsinə dəstək üçün hesab nömrəsi açıldı

Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobil ilə vurulması səbəbindən, adı çəkilən şəxsin​ “Baku​ City Hospital”da baş nahiyəsindən əməliyyat olunması haqda, yəqin ki, hər kəs məlumatlı idi.​

Bildirmək istəyirik ki, Oqtay Gülalıyev əməliyyat olunduqdan sonra bir qədər adı çəkilən səhiyyə müəssisəsində qalsa da, o, bu gün “Respublika Neyrocərrahiyyə Xəstəxanası”na köçürülmüşdür. Həkimlərin bildirdiyinə görə, hal-hazırda xəstənin vəziyyətində az da olsa müəyyən irəliləyişlər var​ və ​ nəfəsalma ehtimalının olacağı gözlənilir.


Onu da bildirək ki, baş nahiyəsindən ağır cərrahiyyə əməliyyatı olunan Oqtay Gülalıyevin müayinə və müalicə olunması üçün xeyli vəsait tələb olunduğundan, onun həyat yoldaşının adına hesab nömrəsi açılmışdır. Kim istəsə həmin hesab nömrəsinə könüllü şəkildə manatla, avro ilə ​ və dollarla öz köməkliyini göstərə bilər.

Allah-Təaladan Oqtay bəyə şəfa diləyib, tezliklə sıralarımıza qayıtmasını arzu edirik!

Facebook Comments