AXCP üzvü həbs edildi: Naməlum istiqamətə aparılıb -VİDEO

AXCP Gənclər Komitəsinin üzvü Emin Manıyev mülki şəxslər tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb.

Sozcu.az xəbər verir ki, bu gün 19 oktyabr mitinqində həbs edilən müxalifətçilərin Apellyasiya Məhkəməsi keçirilən zaman, AXCP Gənclər Təşkilatının üzvü, jurnalist Emin Manıyev bir qrup mülki şəxs tərəfindən mülki avtomobilə mindirilərək, naməlum istiqamətə aparlılıb.

Hadisə yerindən verilən məlumata görə, AXCP üzvünü aparan şəxslər özlərini təqdim etməyiblər.

Facebook Comments