İngiltərə Premyer Liqasında tarixi nəticə

İngiltərə Premyer Liqasının 10-cu turunun səfər matçında “Lester” “Sauthempton”u 9:0 hesabı ilə məğlub edib.

Sozcu.az xəbər verir ki, Ayose Peres, Ceymi Vardi hərəyə 3, Ben Çiluell, Yuri Tilemans və Ceyms Maddison hərəyə bir 1 qol vurub. Bu qələbədən sonra “Lester” 20 xal toplayaraq ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, İngiltərə Premyer Liqası tarixində ən böyükhesablı səfər qələbəsi olub. Buna qədər rekord 1999-cu ildə “Nottingem Forest”i onun meydanında 8:1 hesabı ilə məğlub edən “Mançester Yunayted”ə məxsus idi. Bundan başqa, “Lester” “MY”nin 1995-ci ildə evdə “İpsviç”ə 9:0 hesabı ilə qalib gəldiyi nəticəni də təkrarlayıb.(Qol.az)

Facebook Comments