“Bu dəyişikliyin arxasında iqtisadi liberallaşmanı gözləməyə dəyməz” -AZƏR QASIMLI

“Ramiz Mehdiyevin işdən azad edilməsi yeni mərhələnin başlanğıcıdır: siyasi və iqtisadi gücün bir əldə, bir ailədə cəmlənməsi! Azərbaycanda demokratiyaya bunun heç bir müsbət təsiri olmayacaq. Bundan sonra Bəylər Eyyubov, Rövnəq Abdullayev, Əli Həsənovun və digərlərinin vəzifədən kənarlaşdırılması da hakimiyyəti daha monolit hala gətirmək məqsədi ilə ediləcək. Sərbəst toplaşma azadlığı, söz azadlığı, siyasi azadlıqlar sahəsində vəziyyət olduğu kimi qalacaq. Bu dəyişikliyin arxasında siyasi açılımın olmadığı kimi iqtisadi liberallaşmanı da gözləməyə dəyməz. Bir sözlə İlham Əliyevin əsas məqsədi ailə hakimiyyətini möhkəmləndirməkdən ibarətdir”.

Sozcu.az xəbər verir ki, bunu ReAL Partiyasının Məclis sədri Azər Qasımlı Dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifədən azadl edilməsinə münasibət bildirərkən deyib:

“Ramiz Mehdiyevlə vidalaşma səhnəsi və prezidentin nitqi bir daha onu göstərdi ki, İlham Əliyev Azərbaycana Heydər Əliyevdən miras qalan mülk kimi baxır, şəxsi sədaqəti kadr siyasətində əsas meyar hesab edir. Onun Ramiz Mehdiyevin karyera həyatına qısa tarixi ekskursu isə bütün çılpaqlığı ilə sanki bir monarxiyada oğul monarxın çıxışı idi. Bu qısa çıxış İlham Əliyevin dünya görüşünün və bügünkü Azərbaycan reallığının güzgüsüdür!”

Sozcu.az

Facebook Comments