Ağstafada itkin düşən ruhi xəstə qadın — 1 ay sonra Bakıda tapıldı

Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb.

Hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb.

Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb.
Qadın hazırda ev şəraitində müalicə olunur.

olke.az

Facebook Comments