Fələstin pislədi: Ankarada küçənin adı dəyişdi

Türkiyənin paytaxtı Ankarada “Fələstin” küçəsinin adı dəyişdirilərək “Macarıstan” edilib.

Sozcu.az xəbər verir ki, bu məlumatı Türkiyə mediası yayıb. Rəsmi mənbələrdə qeyd edilməsə də, media Ankara bələdiyyəsinin sədri Mənsur Yavaşın “Sülh çeşməsi” əməliyyatını qınayan Fələstinə cavab olaraq Ankarada bu ölkənin adını daşıyan küçəyə “Macarıstan” adı verildiyini açıqladığını yazıb.

“Fələstin” küçəsinin “Macarıstan” adlandırılmasının səbəbi Türkiyənin Suriyada apardığı hərbi əməliyyatı dəstəkləyən ölkələrdən birinin Macarıstan olmasıdır.

Facebook Comments