AB iqlimlə bağlı xüsusi strategiya hazırlayır – Tusk

Avropa Birliyi gələn ilin əvvəlində iqlimin qorunması üçün beynəlxalq tərəfdaşlarına ambisiyalı strategiya təqdim etməyi planlaşdırır.

Sozcu.az xəbər verir ki, bunu BMT-də çıxışı zamanı Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

“Avropa gərək sürətli olsun. Avropa Komissiyasının yeni rəhbəri ilk 100 gün ərzində “yaşıl razılaşma” təqdim edəcək. 2030-cu ilə qədər Avropa Birliyi atmosferə buraxılan zərərli tullantıları 50%-ə qədər azaltmağı planlaşdırır. Əminəm ki, Avropa dünyanın ilk neytral iqlim qitəsi olacaq”, – deyə o bildirib

Facebook Comments