Türkiyədə terakt: 4 nəfər öldü

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.

Sozcu.az xəbər verir ki, yola quraşdırılan partlayıcı qurğunun işə düşdüyü deyilib.

Hadisə Kulp və Muş ilçələri arasındakı bölgədə baş verib.

Ölən və yaralananlar var.

Əraziyə polis və xilasedicilər cəlb edilib.

Partlayış nəticəsində 4 nəfər ölüb, 13-ü yaralanıb.

Facebook Comments