İmam Hüseynin (ə) fədakarlığı bütün dinləri xilas etdi…

Aydın şəkildə demək olar ki, İmam Hüseynin (ə) qiyamı nəinki İslam Peyğəmbərinin (s) dininə nicat verdi, əslində başqa peyğəmbərlərin (ə) də risalətinin məhv olmasının qarşısını aldı. Çünki, Peyğəmbər (s) keçmiş rəsulların dinini kamil etmişdi və Xatəmül-ənbiya idi. Sanki başqa peyğəmbərlərin (ə) risaləti İslam Peyğəmbərinin (s) zühuru üçün bir müqəddimə olmuşdur.

Bu sonuncu İlahi din Müaviyyə (lən) və Yezidin (lən) zamanında təhlükə altına düşür. Xüsusilə də Yezidin xəlifə olduğu zamanda. Ona görə də belə bir qorxu var idi ki, bütün peyğəmbələrin (ə) və İslam Peyğəmbərinin (s) əməkləri səmərəsiz qala bilərdi. Belə bir şəraitdə İmam Hüseyn (ə) qiyamı yardım etdi ki, Peyğəmbərin (s) dini dirçəlsin və tövhid ağacı təravətlənib, yeni budaqlar versinlər. (Həvzəh)

Bəlkə o səbəbdəndir ki, “Ziyarəti Varis”də İmam Hüseyn (ə) nəinki İslam Peyğəmbərinin (s) varisi adlandırılır, o cümlədən Adəmin (ə), Nuhun (ə), İbrahimin (ə), Musanın (ə), İsanın (ə) da varisi hesab edilir.

Sanki Hüseyn (ə) müxtəlif tövhid ağaclarından yığılmış güldən çəkilən gülabdır ki, bütün keçmiş peyğəmbərlərin (ə) risalətinin iyini verir və onların varisidir.(Deyerler.org)

Facebook Comments