Dəməşq və SDQ atəşkəslə bağlı razılığa gəlib?

Dəməşq və Suriya Demokratik Qüvvələri (SDQ) atəşkəsi bir ay müddətinə uzatmaq barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Agentliyin məlumatına görə, bu vaxt ərzində İŞİD məhbuslarının İraqa təhvil verilməsini başa çatdırmaq nəzərdə tutulur. Suriya Xarici İşlər Nazirliyindən bir mənbə isə "Əl-İxbariyə" telekanalına məlumatı təkzib edib. Bildirilib ki, SDQ ilə atəşkəsin müddətinin uzadılması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Rusiya-ABŞ-Ukrayna danışıqları başa çatıb. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya nümayəndələri qaldıqları otelə qayıdıblar. Mətbuata heç bir rəsmi şərh verilməyib. Xatırladaq ki, dünən başlayaraq Əbu-Dabidə Ukrayna münaqişəsini sonlandırmaq üçün Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparır.

Bakıda partlayışda ölənlər həkimin atası və bibisi imiş

Dünən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzildə baş verən qaz partlayışı ailə faciəsinə səbəb olub. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində tanınmış həkim Vüsal Nəbiyevin atası və bibisi həlak olub. Qeyd edək ki, Vüsal Nəbiyev “Avrasiya” və “Avropa” hospitallarının anestazioloq və reanimotoloq şöbəsinin müdiridir.

Yeniyetmə qardaşlar qəzaya düşdü, biri öldü

Neftçalada baş verən qəzada yeniyetmə ölüb. Sozcu.az xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb. Məlumata görə, "Mersedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Putinin yeri məhkəmə zalıdır - Sibiqa

Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri sadəcə xalqımızı deyil, danışıqlar masasını da vurur. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib. “ABŞ və Ukrayna Əbu-Dabidə sülh üçün çalışarkən, Rusiya terror hücumları həyata keçirir. Bu vəhşilik bir daha göstərdi ki, Putinin yeri danışıqlar masası deyil, məhkəmə zalıdır”.

Tramp pinqvinlə əl-ələ Qrenlandiyada

Ağ Ev ABŞ prezidenti Donald Trampın əlində Amerika bayrağını tutan bir pinqvinlə Qrenlandiyaya doğru getdiyini əks etdirən fotosunu paylaşıb. Sozcu.az xəbər verir ki, Ağ Evin sosial media hesabında yerləşdirilən süni intellekt tərəfindən yaradılan görüntüdə prezident Trampın əlində Amerika bayrağını tutan pinqvinlə Qrenlandiyaya doğru getdiyi təsvir olunub. Foto "Pinqvini qucaqlayın" başlığı ilə paylaşılıb.

Tətil başlayır

Ümumi təhsil müəssisələrində qış tətili başlayır. Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək. Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

Sürücülərə xəbərdarlıq: yollar buz bağlayacaq

Baş Dövlət Yol Polisi İdarəsi yolların buz bağlama ehtimalı ilə bağlı xəbərdarlıq edib. Qurumdan Sozcu.az-a verilən xəbərə görə, bir neçə gün davam edən əlverişsiz hava şəraiti nisbətən sabitləşsə də, ötən günlər yağan qarın yaratdığı fəsadlar hələ də qalmaqdadır. Qeyd edilib ki, xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolların buz bağlama ehtimalı sürüşmə riskini dəfələrlə artırır. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yollarda buzlaşma ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edib.

Bacı-qardaşın yanaraq ölməsi: cinayət işi başladı

Ötən gün Səbail rayonunda yanğında iki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi, 17-ci küçədə yaşayan 1956-cı il təvəllüdlü Rəna Mahmud qızı Nəbiyeva və qardaşı - 1951-ci il təvəllüdlü Firudin Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər. Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlərək öldü

Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlərək ölüb. Sozcu.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fəzail Fariz oğlu Əbiyev yaşadığı İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evində hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Trampın bu açıqlaması ilə Qrenlandiyaya turist axını...

2025-ci ildə Qrenlandiyada turizmin inkişafı gözlənilirdi, çünki paytaxt Nuukda yeni beynəlxalq hava limanının açılışının daha çox xarici turisti qəbul edəcəyi ehtimal edilirdi. Lakin ABŞ Prezidenti Donald Trampın ada ilə bağlı artan iddiaları yerli turizm sənayesinin daha çox arzulanan turist cəlb etmək səylərini təhlükə altına qoyur. Sozcu.az xəbər verir ki, bu sözləri Qrenlandiyaya eksklüziv turlar təşkil edən “Rav Arktik” turizm şirkətinin baş direktoru Kasper Frank Möller bildirib. O qeyd bi ki, ABŞ-ın marağı və geosiyasi gərginlik ölkəyə turist marağını artırsa da, turistlər arasında qeyri-müəyyənliyi və ehtiyatlılığı da artırıb: "Tramp 2025-ci ilin əvvəlində Qrenlandiyanın yenidən ələ keçirilməsi ideyasını gündəmə gətirəndə ölkəyə səfər etmək istəyən turistlərin marağında kəskin artım gördük. Əvvəlcə bu, biznes üçün çox yaxşı idi, çünki bizi qlobal xəritəyə və insanların zehninə yerləşdirdi”. Möller söyləyib ki, ABŞ-ın Venesuela əməliyyatından sonra isə vəziyyət dəyişib, insanlar arasında daha çox narahatlıq doğurub. Bütün bunlar isə adanın turizminə mənfi təsir göstərib.

Tramp: Davosa səfər necə də gözəl idi

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumuna səfərinin nəticələri haqqında paylaşım dərc edib. Sozcu.az xəbər verir ki, o, paylaşımı "Truth Social"da yerləşdirib. "Davosa səfər necə də gözəl idi! Qrenlandiya üzrə NATO ilə çərçivə sazişinin hazırlanması da daxil olmaqla bir çox işlər görüldü. Həmçinin - Sülh Şurası. Amerikanı yenidən əzəmətli edək!", - o yazıb.

Antibiotikdən ev şəraitində istifadə ölümcül ola bilər – Həkimdən xəbərdarlıq

Son dövrlərdə antibiotiklərin həkim nəzarəti olmadan istifadəsinin artması müxtəlif sağlamlıq risklərinin yaranmasına səbəb olur. Sozcu.az xəbər verir ki, qış mövsümündə havaların soyuması ilə yanaşı, yoluxucu xəstəliklərin sayı da artır. Qızdırma, boğaz ağrısı, öskürək kimi əlamətlərlə üzləşən bir çox insan həkimə müraciət etmək əvəzinə, problemi tez həll etmək üçün antibiotiklərə üz tutur. Bəs antibiotiklərin həkim nəzarəti olmadan, xüsusilə ev şəraitində istifadəsi insan sağlamlığı üçün hansı risklər yarada bilər? Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, dünyanın heç bir ölkəsində antibiotiklərin həkim təyinatı olmadan vurulmasına icazə verilmir: “Dünyanın heç bir yerində ev şəraitində infuziya terapiyası aparılmır. Yəni sistemlərin qoşulması, dərmanların köçürülməsi evdə həyata keçirilmir. Azərbaycan insanlarının psixologiyasında belə bir düşüncə formalaşıb ki, guya sistem qoşulduqda və ya antibiotik vurulduqda hər şey dərhal düzəlir. Tez bir zamanda sağalmaq istəyirlər. Halbuki bu, düzgün yanaşma deyil”. Həkimin sözlərinə görə, antibiotiklər ciddi allergik reaksiyalara, hətta ölümə səbəb ola bilər: “Bu yaxınlarda bir xəstəmiz seftriakson preparatının cəmi 0,2 ml-lik dəridaxili sınağından sonra anafilaktik şok keçirdi. Xəstəni 6 saat ərzində böyük çətinliklə bu vəziyyətdən çıxara bildik. Əgər həmin inyeksiya ev şəraitində edilsəydi və vaxtında tibbi müdaxilə olmasaydı, xəstə həyatını itirə bilərdi”. Şahvələd Məmmədov vurğulayıb ki, antibiotiklərin nəzarətsiz istifadəsi müxtəlif fəsadlara yol açır: “Birinci növbədə immuniteti zəiflədir, ikinci növbədə isə göbələk infeksiyalarının və bağırsaq mikroflorasının pozulmasına şərait yaradır. Ona görə də həkim nəzarəti olmadan heç bir antibiotikdən – nə inyeksiya, nə də tablet formasında istifadə etmək tövsiyə olunmur. İnsanlar bu zaman çox böyük risklər altında qalırlar”.

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

İnternet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954 sayt, sosial şəbəkə hesabı və səhifə bloklanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib. Hesabata görə, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131, ümumilikdə 3.315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.

Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı

Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov vəzifəsindən azad olunub. Sozcu.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb. Məlumata görə, Baş idarənin rəisi vəzifəsinin müvəqqəti icrası baş idarə rəisinin müavini Müzəffər Mikayılova tapşırılıb. Eyni zamanda Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib və bu vəzifənin müvəqqəti icrası isə Xəlil Mayılova həvalə olunub.

Kamran Əsədov məhkəmə zalında həbs olundu

İmtahanlara qanunsuz texniki vasitə keçirməklə ittiham edilən təhsil eksperti Kamran Əsədov həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə cinayət işinə baxış üzrə keçirilən prosesdə qərar qəbul olunub. Kamran Əsədov məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib. Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Qonşusunun evinin damından yıxılıb öldü

Lənkəranda 52 yaşlı kişi evin damından yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Liman şəhər sakini, 1971-ci il təvəllüdlü Çingiz Ağamalı oğlu Əliyev qonşusuna məxsu evin damından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ç.Əliyev orada ölüb. Araşdırma aparılır.

Ailə üzvünün vurduğu iynədən şoka düşərək öldü

Bakıda 60 yaşlı kişi iynədən şoka düşərək ölüb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı evdə səhhətində problem yarandığından ailə üzvlərindən biri tərəfindən ona antibiotik iynəsi vurulması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Məktəblilərin qış tətili başlayır

Məktəblilərin qış tətili başlayır. Sozcu.az xəbər verir ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. 2025-2026-cı tədris ilində də qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i Bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə fevralın 2-dən etibarən başlayacaqlar.

Binadan başına yük düşdü, öldü

Abşeron rayonunda 65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, tikinti sahəsində fəhlə işləyən Asif Məmmədovun başına binanın yuxarı hissəsindən yük düşüb və nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.

Bakının altında “gizli dəniz”: təhlükə var - Gerçəklər bir-bir ÜZƏ ÇIXIR

Son illər paytaxt Bakıda və ətraf ərazilərdə müşahidə olunan subasma hallarının təkcə mövsümi yağışlarla əlaqəli olmadığı deyilir. Xüsusilə Abşeron yarımadasında təbii tarazlığın pozulması, vaxtilə su hövzəsi olan ərazilərin yaşayış massivlərinə çevrilməsi bu problemləri daha da dərinləşdirib. Ekoloqların da vurğuladığı kimi, göllərin qurudulması torpağın suyu qəbuletmə qabiliyyətini azaldır və nəticədə yağış suları çıxış yolu tapmayaraq evlərə, küçələrə dolur. Bu isə insanları düşündürən daha böyük təhlükələrin xəbərçisidir. Bəs göllərin qurudulduğu ərazilərdə tikilən evlərdə yaşamaq gələcəkdə hansı ekoloji və sağlamlıq problemlərinə səbəb ola bilər? Sozcu.az Globalinfo.az-a danışan ekspert, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, Bakıdakı tikinti bumu, eləcə də ümumilikdə drenaj sistemlərinin kobud şəkildə məhv edilməsi öz təsirini göstərir: “Çünki ərazidə əvvəllər mövcud olan təbii drenaj sistemləri yağış sularının torpaq vasitəsilə süzülərək yeraltı su hövzələrinə və çaylara yönəlməsini təmin edir, bununla da torpağın özünü təmizləməsinə şərait yaradırdı. Lakin hazırda bu sistem ciddi şəkildə pozulub. Bir çox ərazilərdə torpağın suyu hopdurma qabiliyyəti azalıb, geniş sahələr asfaltlanıb, sıx tikinti aparılıb. Nəticədə yağış sularının sorulması üçün nəzərdə tutulan torpaq sahələri xeyli dərəcədə məhdudlaşıb, eyni zamanda bir sıra təbii drenaj yolları dağıdılıb və ya bağlanıb. Digər tərəfdən, yeni salınan küçə və prospektlərdə yağış sularının kanalizasiya vasitəsilə axıdılması üçün qurulan aktiv drenaj sistemləri də yetərincə keyfiyyətli deyil”. A.Qeybulla bildirib ki, mövcud kanalizasiya infrastrukturu yerüstü su axınının real həcminə uyğun layihələndirilmədiyindən, azacıq intensiv yağıntı zamanı belə yaranan yükü qarşılaya bilmir: “Bu baxımdan hesab edirəm ki, Bakının kanalizasiya və drenaj infrastrukturu köklü şəkildə yenidən nəzərdən keçirilməli və müasir tələblərə uyğun qurulmalıdır. Dünyanın əksər ölkələrində yeni yaşayış massivi salınarkən, təkcə binalar deyil, eyni zamanda aktiv drenaj və kanalizasiya sistemləri, məktəblər, uşaq bağçaları, poliklinikalar və digər sosial-texniki infrastrukturlar kompleks şəkildə planlaşdırılır. Bakıda isə tez-tez köhnə tikililər sökülür və onların yerində dərhal yeni binalar inşa edilir. Lakin bu binaların infrastrukturu necə təmin olunacaq, tullantılarının və yağış sularının hara yönləndiriləcəyi nəzərə alınmır. Təəssüf ki, Bakı şəhəri bu gün ciddi ekoloji problemlərlə üz-üzədir və mövcud yanaşma dəyişmədiyi təqdirdə bu problemlər gələcəkdə də vaxtaşırı özünü göstərəcək”. Sağlamlıq məsələsinə gəlincə, A.Qeybulla deyib ki, binaların alt mərtəbələrində, xüsusilə ventilyasiya şaxtası adlandırılan sahələrdə havalandırmanın təmin edilməsi və düzgün qurulması son dərəcə vacib şərtdir: “Çünki binada daimi nəmişlik olduqda beton konstruksiyalar rütubəti özünə çəkir və bu da müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Sovet dövründə bu hallar əsasən revmatik xəstəliklərlə – oynaq ağrıları ilə müşayiət olunan narahatlıqlar kimi qeyd edilirdi. Hərçənd bu termin hazırda beynəlxalq tibdə geniş istifadə olunmasa da, problemin özü mövcuddur və ciddi narahatlıq doğurur. Xroniki xəstəliklər baxımından rütubətli mühitlər xüsusilə təhlükəlidir. Belə yerlərdə ağcaqanadların çoxalması, müxtəlif mikroorqanizmlərin və göbələklərin inkişafı insan sağlamlığı üçün ciddi risk yaradır. Divarlarda göbələk və kifin əmələ gəlməsi, hətta az miqdarda olsa belə, orqanizmə mənfi təsir göstərir. Bundan əlavə, ventilyasiya şaxtaları olmayan binalarda boru xətlərinin zamanla çürüməsi baş verir ki, bu da öz növbəsində müxtəlif mikroorqanizmlərin yayılmasına şərait yaradır. Hesab edirəm ki, drenaj sistemi adekvat olmayan ərazilərdə bina tikintisi və insanların yaşayışı son dərəcə zərərlidir və belə hallara yol verilməməlidir. Bu, mövcud sanitar normalara tamamilə ziddir”.

Cənubi Qafqaz Rusiyadan uzaqlaşır

Rusiya iqtisadiyyatı faktiki olaraq iflas həddinə yaxınlaşıb və ölkədə inflyasiya səviyyəsi 30 faizə çatıb. Sozcu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stabb Davos çərçivəsində “Avropa özünü qoruya bilərmi?” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib. Prezidentin sözlərinə görə, Ukraynaya qarşı başladılan müharibə Vladimir Putin üçün strateji uğursuzluqla nəticələnib. O qeyd edib ki, Rusiya hərbi əməliyyatlar nəticəsində Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, bu prosesdə Rusiya Silahlı Qüvvələrinin sıralarında təxminən bir milyon nəfər ya həlak olub, ya da yaralanıb. Onun fikrincə, bu itkilər uzunmüddətli perspektivdə Rusiyanın həm hərbi, həm də sosial-iqtisadi dayanıqlığını ciddi şəkildə zəiflədir. Finlandiya prezidenti çıxışında Rusiyanın beynəlxalq mövqelərinin də zəiflədiyini vurğulayıb. Stabb bildirib ki, “imperiya Rusiyası” öz təsir dairəsinin mühüm hissəsini itirib və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Cənubi Qafqaz dövlətləri də getdikcə Moskvadan uzaqlaşır. Onun sözlərinə görə, bu proses təkcə hərbi münaqişələrin nəticəsi deyil, eyni zamanda Rusiyanın daxili iqtisadi problemləri və beynəlxalq aləmdə etimad itkisi ilə birbaşa bağlıdır.

Yalnız Tramp Rusiya diktatorunu dayandıra bilər - Zelenski

Amerika prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoya bilər, çünki o, Rusiya diktatoru Vladimir Putinlə bərabər şərtlərlə danışır və ABŞ Rusiyadan daha güclüdür. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Davosda jurnalistlərə açıqlamasında deyib. "Müharibəni davam etdirib-etdirməmək onların qərarıdır. Amma biz bu müharibəni dayandırmaq istəyirik. Və buna görə də düşünürəm ki, Prezident Tramp bunu edə bilər, həqiqətən də edə bilər, çünki o, Putinlə dialoq aparır”, - deyə Zelenski bildirib.