“Ayaks”, “Brügge” və “Slvaviya” qrup mərhələsində – Çempionlar Liqası

Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə yekun vurulub.

Sözcü.az xəbər verir ki, son oyun günündə daha 3 matç keçirilib. “Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdıran APOEL səfərdə “Ayaks”la qarşılaşıb. Kiprdə qolsuz heç-heçə edən komandaların cavab matçında “Ayaks” 2:0 hesablı qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb.

Digər görüşlərdə “Brügge” LASK-ı, “Slaviya” ÇFR-i qəbul edib. Hər iki görüşdə meydan sahibləri qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

28 avqust

23:00. “Brügge” (Belçika) – LASK (Avstriya) – 2:1
Qol: Vanaken, 70. Dennis, 89 – Klauss, 74-pen.
İlk oyun – 1:0

23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr) – 2:0
Qollar: Alvares, 43. Tadiç, 80
İlk oyun – 0:0

23:00. “Slaviya” (Çexiya) – ÇFR (Rumıniya) – 1:0
Qol: Boril, 66
İlk oyun – 1:0

27 avqust

“Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) – 1:2 (İlk oyun – 0:4)

“Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) – 1:1 (İlk oyun – 2:2)

“Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1 (İlk oyun – 0:2)

Facebook Comments