Başçı oğlunun təyinatı yalan çıxdı – Rəsmi

Bakı şəhər Baş Polis İdarəsi icra başçısının oğlunun rəis təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Axar.az-a bildirib ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Həmin şöbəyə hər hansı təyinat olmayıb”.

Qeyd edək ki, ötən gün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlu Elvin Alıyevin nazir Vilayət Eyvazovun əmri ilə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat aldığı barədə xəbər yayılmışdı.

Sozcu.az

Facebook Comments